
Suriya hökumət qüvvələri Hələb əyalətində yaraqlılardan ibarət təxribat qrupunun hücumuna məruz qalıb, 5 hərbçi həlak olub, 15-i yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasındakı Düşmənçilik edən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.
O, qeyd edib ki, İdlib vilayətində terrorçuların snayper atəşi nəticəsində 1 əsgər həlak olub, daha biri yaralanıb.
“Qeyri-qanuni silahlı birləşmələrin yaraqlılarından ibarət diversiya qrupunun Hələb vilayətinin Urum əs-Suqra qəsəbəsi ərazisində yerləşən Suriya hökumət qüvvələrinin mövqelərinə hücumu nəticəsində Suriyanın 5 hərbçisi həlak olub, 15-i yaralanıb”, - Kulit brifinqdə bildirib.
"İdlib əyalətində terrorçuların Suriya hökumət qüvvələrinin Kafer Batih yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərinə snayper atəşi nəticəsində 1 hərbçi həlak olub, daha biri yaralanıb", - o əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.