
Xudat şəhərində bədbəxt hadisə baş verib.
“AVESTA.AZ”un Şimal bürosunun məlumatına görə, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.