
Biləsuvarda avtomobil 44 yaşlı kişini vurub.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Qəhrəmanov Aftandil Nazim oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasina çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona diz oynağının sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.