
Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin üç il ərzində Afrika ölkələrinin inkişafına 30 milyard ABŞ dolları ayıracağını bildirib.
Bu barədə “AVESTA.AZ” TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, bu vəsait, ilk növbədə, Afrika ölkələrində insan kapitalına investisiyalara sərf olunacaq: “Məsələn, təhsil sahəsinə sərmayə qoyulacaq”.
Baş nazir vurğulayıb ki, Yaponiya Afrikanın inkişafına hərtərəfli yardım etməyi planlaşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.