
Gürcüstan Ukrayna və Moldovadan əvvəl Avropa ittifaqına (Aİ) daxil olmağı gözləyir.
"AVESTA.AZ" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.
"Biz Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil olacağıq”, - deyən Kobaxidze əlavə edib ki, ötən il Gürcüstan tək Aİ-yə namizəd statusu almağa deyil, həm də danışıqlara başlamağa layiq idi.
O xatırladıb ki, Tbilisi Aİ ilə azad ticarət sazişləri, eləcə də viza rejiminin liberallaşdırılması məsələlərində Kiyev və Kişinyovu qabaqlayıb. Halbuki, Gürcüstanla danışıqlar adları çəkilən ölkələrdən gec başlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.