
Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz.
"AVESTA.AZ" xəbər verir ki, bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.
"Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir", - məktubda vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.