
İsrail Fələstinin bütün radikal HƏMAS hərəkatını məhv etməlidir.
“AVESTA.AZ” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.
“Bəli, HƏMAS-dan qurtulmaq lazımdır. İsrail bunu etməlidir. Onların seçimi yoxdur. Artıq insanlar oktyabrın 7-ni unudublar”, - deyə o bildirib.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti yazıb ki, İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi qarşıdurma başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının dünya üzrə liderlərini məhv etməyə hazırlaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.