25-12-2023, 16:24 536

“Rəngli inqilablar”ın yeni hədəfi: Qərb Serbiyanı qarışdırır - ŞƏRH

ABŞ və Avropa Gürcüstan, Ukrayna, Qırğızıstan, Suriya və s. ölkələrdə həyata keçirdikləri inqilab ssenarilərini bu dəfə Serbiyada reallaşdırmağa çalışır. Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyinə təhdid edir, yeni münaqişə ocaqları alovlandırırlar. Yuxarıda adları çəkilən ölkələrdə yaşanan fəlakətlər, milyonların çəkdiyi zülm, yüz minlərin məhv olması belə bu oyunları qurunları yolundan çəkindirmir. Bu dəfə “zəif bənd” kimi də Serbiya seçilib. Paytaxt Belqrad artıq neçə gündür ki, bir qrup şəxsin seçkilərin nəticələrinə etiraz adı altında keçirdikləri hücumlara şahidlik edir.

Beləliklə, dekabrın 18-də baş tutan parlament və bələdiyyə seçkilərinin nəticələrinə qarşı etirazlar təşkil olunub. Belqradda fasiləsiz mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət bloku şəhər administrasiyasının binasına daxil olmağa çalışıb, hətta içəriyə daş və pivə qutuları atıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiç paytaxtdakı nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

O, xalqa müraciəti zamanı bir sıra məqamlara toxunub. Dövlət başçısının sözlərindən bəlli olub ki, xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumatlı olublar.

“Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq ”, - o qeyd edib. A.Vuçiç söyləyib ki, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad Şəhər Administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb.

Beləliklə, eyni ssenari və eyni plan. Yenə də xalqdan xəbərsiz formada bir qrup şəxs spontan formada küçələrə çıxıb hökumət binalarına, əhalinin sıx toplaşdıqları yerlərdə aksiyalara başlayıblar. “Demokratiya ixracı” adı altında başladılan bu dəfəki aksiyanı “rəngli inqilablar”ın davamı adlandırmaq üçün bütün əsaslar var.

Əcnəbi politoloqlardan birinin ifadə etdiyi kimi, postsovet məkanını inqilablara sürükləyən Qərb strukturları və dövlətləri planı həyata keçirmək üçün ustalıqla zəif bənd seçir və onu reallaşdırmağa çalışır. Yəni, bir növ “tutar-tutmaz” prinsipi ilə hərəkət edilir. Əksər ölkələrdə də planı reallaşıb. Məlum olduğu kimi, Azərbaycan da vaxtilə bu planın tərkib hissəsində olub. “Rəngli inqilablar”ın arxasında dayananların düşdüyü uğursuzluq zolağı haqda danışarkən Azərbaycanda 2003-cü il prezident, 2005-ci il parlament seçkilərini yada salmaq kifayətdir. Həmin vaxt bəzi xarici ekspertlər postsovet məkanını bürüyən “rəngli inqilablar”ın Azərbaycandan da yan keçməyəcəyi barədə silsilə proqnozlar verirdilər. Lakin proqnozları elə proqnoz olaraq qaldı da. Səbəb nədir? Sadəcə, Azərbaycan xalqı həmin dövrdə öz müdrikliyini bir daha nümayiş etdirdi. Xalqımız sabitliyi, inkişafını və dövlət maraqlarını üstün tutdu, seçki zamanı dəstəklədiyi namizədin tərəfində dayandığını bir daha nümayiş etdirdi. Bu fakt da bir daha Azərbaycanda keçirilən seçkilərin xalqın iradəsinə əsaslandığını sübut etmiş olub.

Serbiyada da “inqilab ssenarisi” Qərbin planların tərkib hissəsi adlandırmaq olar. Mümkün ssenarinin həyata keçirilməsinə çalışıldığı açıq-aydın hiss olunur.

Maraqlı və diqqət çəkən məqam Serbiyada seçkilərin nəticələri elan olunduqdan xeyli sonra aksiyaların başlamasıdır. Seçki prosesinin gedişində nə müxalifət, nə də müstəqillər proseslə bağlı narazılıqları səslənmirdi. Yerli medianın da yazdığına görə, spontan formada, qəfil bir qrup insan küçələrə çıxıb etirazlarını bildiriblər.

Niyə məhz Serbiya?

Birincisi, məsələ ondadır ki, bu ölkə xarici siyasətdə balanslı siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir.

İkincisi, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları onların xoşuna gəlməyib. A.Vuçiç bir neçə dəfə Qərbi ölkəsini zəiflətməyə çalışdıqlarını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər.

Maraqlıdır ki, seçki prosesini izləyən müşahidəçilər proseslə bağlı heç bir qanun pozuntusunun olduğunu bildirməyiblər. Lakin qəfildən sosial şəbəkələrdə rast gədikləri qanun pozuntuları barədə məlumat verməyə başladılar.

Törədilən iğtişaşların arxasında kollektiv Qərbin dayandığını Rusiya da bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunu sübut edən faktlar olduğunu dilə gətirib.

“Hər vəchlə “Maydan çevrilişləri” üsullarından istifadə edərək bu ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir”, - o bildirib. M.Zaxarovanın qənaətincə, bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.

Üçüncüsü, iğtişaşları törətməklə məqsəd Serbiyanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmasını təhrik etməkdir. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ, USAİD dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər – özlərinə uyğun hökumət formalaşdırıb dövləti təzyiq altında saxlamaq istəyirlər.

Dördüncüsü, Serbiyanı Kosovonun müstəqilliyini tanımağa təhrik edirlər. Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun çağırışları da var. Lakin Serbiya bununla barışmır. Yenə də burada Azərbaycanı xatırlatmaq istətdik. Qərb, onun diktəsi ilə qurulan ATƏT-in keçmiş Minsk qrupu hər vəchlə Azərbaycanın işğal faktı ilə barışmağını, güzəştlərə getməsini istəyirdilər. Nəticə də göz önündədir. Azərbaycan heç bir təzyiqi yaxın buraxmadı, öz suverenliyinə sahib çıxdı, torpaqlarını işğaldan azad etdi.

Görünən odur ki, artıq “rəngli inqilab”ın baş verdiyi Ukraynadan hər kəs dərs çıxarır. Ölkə torpaqlarında irimiqyaslı müharibə gedir, torpaqları işğal altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə inqilab ssenarisi baş tutmayıb. Sadəcə hər kəs açıq gördü ki, Qərb Ukraynada faktiki olaraq öz maraqlarını güdür.

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR