
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.
Bu barədə "AVESTA.AZ"a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.