
“Kəpəz” Azərbaycan Premyer Liqasının digər klubları ilə yoxlama görüşü keçirəcək.
“AVESTA.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” və “Araz-Naxçıvan”la sınaq matçına çıxacaq.
Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i təşkil olunacaq. Lakin qarşılaşmaların yeri və saatı hələlik bəlli deyil.
“Kəpəz” mövsümün ikinci yarısına hazırlığını Doğma Gəncədə keçirəcək. Komanda bu məqsədlə 2024-cü il yanvarın 4-dən bir araya gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.