
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Xocahəsən qəsəbəsinə qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü İbrahimov Elnur Ağayar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.