
Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb.
"Report" un yerli bürosu məlumat verir ki, hadisə "Kotec yaşayış massivi"ndə qeydə alınıb.
Şəhər sakini, 1963-cü il təvəllüdlü Baxşəliyev Əlixan Ələmdar oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.