
Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-də yeni uğura imza atıb.
"AVESTA.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna “Tuluza”ya 2:0 hesabı ilə qalib gəldikləri ölkə Superkuboku matçında fərqlənməklə nail olub.
Forvard "Park de Prens"də vurduğu qollarını sayını 111-ə çatdırıb.
Beləliklə, Mbappe PSJ-nin sabiq üzvü Edinson Kavanini (110) geridə qoyub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.