
Oğuzda Qarabağ müharibəsi şəhidlərinin adına inşa edilən xatirə bulağının açılışı olub.
"AVESTA.AZ"un Şimal-qərb bürosu xəbər verir ki, rayonunun Yaqublu kəndində Milli Qəhrəman Koroğlu Rəhimov, Tofiq Oğuz, Cumar Allahverdiyev, Nüsrət Süleymanov və Tale Babayevin xatirəsini əbədiləşdirmək üçün inşa edilib.
Rayon rəsmiləri, kənd ziyalıları, şəhid ailələri, qazilərin iştirak etdiyi açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəblilər vətənə, igidlərimizə həsr olunmuş bədii qiraətlər söyləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.