
Sumqayıtda meyit aşkarlanıb.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, şəhərdə 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.