
Oğuz sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər ərazisində 1974-cü il təvəllüdlü Rəsul İsrail oğlu Rəsulov yıxılaraq başı asfalta çırpılıb. Nəticədə ağır xəsarət alan 50 yaşlı R.Rəsulov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, axşam saatlarında xəstəxanada ölüb.
Məlumata görə, R.Rəsulov spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.