
Abşeronda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Hökməli-Qobu avtomobil yolunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Bədəlov Novruz Əbülfət oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.