
Bakıda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Mirzəyev Hikmət Rövşən oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.