
İngiltərənin "Bornmut" klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Komanda Premyer Liqanın IV turunda səfərdə "Liverpul"a 0:9 hesabı ilə uduzub. I turda "Aston Villa"ya 2 cavabsız qolla qalib gələn "Bornmut" növbəti matçlarda "Mançester Siti"yə 0:4, "Arsenal"a isə 0:3 hesabı ilə yenilib.
Qeyd edək ki, Skott Parker 2021-ci ilin iyulundan komandaya rəhbərlik edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.