16-01-2024, 12:41 643

Ermənistanla birbaşa təmaslar - Uzaq vasitəçidənsə, yaxın qonşu yaxşıdır - ŞƏRH

Bu gün Cənubi Qafqaz regionunun əsas gündəliyi Ermənistanla Azərbaycan arasındakı sülh sazişi ilə bağlıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində bölgədə yeni reallıqlar yarandı. Sülh perspektivi, şübhəsiz ki, indi daha yaxındır. Bunun əsas səbəblərindən biri də Qarabağdakı keçmiş qondarma rejimin artıq ləğv edilməsidir.

Rəsmi Bakı sülh sazişinin imzalanması və bölgədə əməkdaşlıq mühitinin təmin olunması üçün bütün lazımi addımları atır. Rəsmi İrəvanın ritorikasındakı dəyişikliklər də göstərir ki, prosesdə irəliləyiş var. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan tədricən sülh müqaviləsi ilə bağlı daha loyal bəyanatlar verirlər.

Ermənistan parlamentinin sədri Alen Simonyan da yanvarın 15-də jurnalistlərə açıqlamasında deyib ki, danışıqlarda müsbət irəliləyiş var.

Çünki rəsmi Bakının addımları nəticəsində İrəvan reallıqları anlamağa başlayıb. Ermənistan hakimiyyəti bilir ki, daha sağa-sola boylanmağın, belə demək mümkünsə, "nala-mıxa vurmağın" mənası yoxdur. Qarşı tərəf onu da anlayır ki, Ermənistan üçün nicat məhz regional əməkdaşlıqdan keçir.

Simonyanın birbaşa təmaslar barədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Belə ki, parlament sədri İrəvanla Bakı arasında birbaşa təmasların istisna olmadığını diqqətə çatdırıb. O, vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib: “Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”.

A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var: “Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma, təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”.

Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında vasitəçilik iddiasında olan bir sıra aktorlar var; Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı (Aİ) və s. Amma bu oyunçuların hər birinin öz maraqları var. İstənilən vasitəçi sülh məsələsinə öz maraqları kontekstindən yanaşır. Maraqların mahiyyəti isə aydındır - bölgədə təsir imkanlarını gücləndirmək.

Rəsmi Bakı tarixi təcrübədən çıxış edərək dəfələrlə bildirib ki, vasitəçiyə ehtiyac yoxdur. Təkcə ATƏT-in keçmiş Minsk Qrupunun fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir. Belə ki, 30 il ərzində həmsədrlərdən heç biri - nə ABŞ, nə Fransa, nə də Rusiya sülhə töhfə verdi. Nəhayət, Azərbaycan öz işini özü gördü. Bundan sonra, əslində, Ermənistan üçün də yeni imkanlar yarandı. Ermənistan hakimiyyəti Qarabağ yükündən azad oldu. Həmçinin, İrəvanın regionun iki aparıcı ölkəsi – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün fürsət yarandı.

Ermənistan son zamanlara qədər vasitəçilərin "ətəyi"ndən yapışmaqda idi. İrəvan bütün görüşlərdə üçüncü güclərin iştirakı ilə bağlı israr edirdi. Amma görünən odur ki, artıq Ermənistan da uzaq vasitəçidənsə, yaxın qonşunun yaxşı olduğunu başa düşür.

Məsələ burasındadır ki, Ermənistanın taleyi, gələcəyi vasitəçilərin heç birini düşündürmür. Onları maraqlandıran öz strateji hədəfləridir. İrəvanla Bakı arasında birbaşa təmaslar, əlbəttə, vasitəçilərin ürəyincə deyil. Çünki təsir rıçaqları azalır. Ola bilsin, rəsmi İrəvan artıq başa düşməyə başlayır ki, üçüncü güclər arasında rəqabət Ermənistan üçün “baş ağrısı”na çevrilir. Mümkündür ki, Ermənistan bu rəqabətə çox tab gətirə bilmir. Çünki üçüncü güclər Ermənistanla münasibətdə “pulunu verib musiqini sifariş etmək” ritorikasını sərgiləyirlər. Bu isə İrəvan üçün yaxşı nəsə vəd etmir.

Bu gün Ermənistanın dövlətçiliyi üçün zəruri olan şərt regional əməkdaşlıqdır. Kənar güclərin təzyiqi və təhriki İrəvanı bundan məhrum edir.

Düzdür, A.Simonyanın sözdə dediklərini rəsmi İrəvanın əməldə də göstərəcəyinə əmin ola bilmərik. Ermənistanın sözü ilə əməli arasında dəfələrlə ziddiyətlər olub. Bununla belə, ehtimal etmək olar ki, Bakı ilə İrəvan arasında ikitərəfli təmaslar güclənəcək. Bu isə öz növbəsində üçüncü güclərin prosesə müdaxilə imkanını azaltmaqla yanaşı, həm də sülh prosesinə təkan verəcək.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR