
Bakının Sabunçu rayonunda 17 yaşlı qız itkin düşüb.
“AVESTA.AZ”un məlumatına görə, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan Gülnar Nəzərova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 2007-ci il təvəllüdlü Zahirə Nəzərova yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.