
Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının iki silahlısını zərərsizləşdirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv edilib.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətli mübarizəni davam etdirəcəyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.