
"Ukraynada səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası ölkənin Zaporojye vilayətinin Rusiyanın işğalı altındakı Enerqodar şəhərinə marşrutun atəşə tutulması səbəbindən çata bilmir".
“AVESTA.AZ” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Starux teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcədən razılaşdırılmış marşrutu atəşə tutur. AEBA-nın missiyası təhlükəsizlik səbəbi ilə hərəkəti dayandırıb.
Daha öncə Enerqodarın Rusiya təyinatlı qondarma administrasiyası 3 nəfərin ölümü ilə nəticələnən atışmanın olduğunu və Ukrayna desantının şəhərə eniş etdiyi barədə məlumat vermişdi.
Qeyd edək ki, AEBA missiyasının korteji avqustun 31-də səhər saatlarında Kiyevdən Zaporojye AES-ə doğru hərəkət edib. Səfər potensial nüvə qəzası təhlükəsinin artması fonunda baş tutur.
Bundan əvvəl avqustun 19-da AFP Yelisey sarayına istinadən xəbər vermişdi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində AEBA missiyasının Kiyev üzərindən Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.