
"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlayıb.
"AVESTA.AZ" BFB-yə istinadən xəbər verir ki, qaydalar bu gündən qüvvəyə minib.
Qaydalara əsasən birja gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indeksləri hesablayacaq, internet səhifəsində açıqlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.