
Fövqəladə Hallar Nazirliyinə Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.