
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Yolçuyev Tufan Ağalar oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.