
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Ələsgərova Mətanət Hüseyn qızı və övladı - 1997-ci il təvəllüdlü Ələsgərov Elvin Tərlan oğlunu vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.