
Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1975-ci il təvəllüdlü Aslan Məmmədov ağır xəsarətlər alıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.