
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 80-85 %-i təlimləri bitirdikdən dərhal sonra iş tapa bilir.
"AVESTA.AZ" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" adlı tədbirdə deyib.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin "Technion" İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bu mərkəz növbəti 3 il ərzində Azərbaycanda minə yaxın şəxsi kibertəhlükəsizlik təlimlərinə cəlb etməyi planlaşdırır. Mərkəzi bitirən şəxslərin dərhal iş tapması da bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac olduğunu göstərir", - deyə nazir müavini qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.