
Tovuz rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Sinan Rasim oğlu Bağırov ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və cərəyan onu öldürüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.