
Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.