
Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 18-19-da Qazaxıstana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Dyuşekeyev jurnalistlərə bildirib ki, səfər çərçivəsində S.Japarov qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq.
Onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edəcək, həmçinin Ali Dövlətlərarası Şuranın iclasını keçirəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.