
Türkiyə "Qalatasaray"ı Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.
Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Sampdoriya" və "İnter" klublarında çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.