
Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 767,061 milyon manat təşkil edib.
“AVESTA.AZ” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.
Bu ilin 8 ayında gömrük rüsumları üzrə daxilolmalar 18,8 % artaraq 905,771 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 41,8 % artaraq 2 milyard 712,875 milyon manat, aksizlər üzrə daxilolmalar 0,06 % azalaraq 106,326 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 49,8 % artaraq 42,09 milyon manat olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.