
İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.