
Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.
“AVESTA.AZ” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.
O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.
Xatırladaq ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.