14-05-2024, 13:47 463

Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı əlaqələrin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığınlı qeyd etdi.

Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini dedi.

Əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlət başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını dedi, bunun da əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Şen Yueyuenin Azərbaycana səfərinin məhsuldar olacağına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirdi.

Qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Uzun illərdir ki, Siz Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Çin xalqının dostusunuz. İlk növbədə, Sizə Çin Xalq Respublikasının Sədrinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim. Son illər sizin qətiyyətli və müdrik rəhbərliyinizlə Azərbaycan xalqı birlik göstərərək inkişaf yolu ilə gedir. Ölkənizdə dayanıqlı sabitlik, sürətli iqtisadi inkişaf müşahidə edilir və Azərbaycanın qüdrəti böyük dərəcə artmışdır”.

Şen Yueyue Çinin Azərbaycan xalqının öz inkişaf yolu ilə bağlı etdiyi seçimini və Azərbaycanın Cənub-Cənub xətti üzrə qlobal iqlim dəyişiklikləri ilə bağlı fəal beynəlxalq əməkdaşlığını dəstəklədiyini vurğuladı. O, dünyada Azərbaycanın nüfuzunun daim artdığını deyərək, bildirdi ki, bu, ölkəmizin yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir.

Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlətimizin başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırdı və bunu Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirdi. Qonaq Çin xalqının özünə yaxın hesab etdiyi Azərbaycan xalqına inkişaf yolunda yeni uğurlar arzuladı. O, Si Cinpin ilə Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı planları müəyyənləşdirdiklərini qeyd edərək iki dövlət başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qalxacağına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirdi.

Çin Xalq Respublikasının Sədrinin salamlarına, təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.

Qonaq vurğuladı ki, Çin Xalq Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyib. O, “Vahid Çin” siyasətinə görə Azərbaycana təşəkkürünü bildirdi.

Azərbaycanın öz milli maraqları əsasında siyasət həyata keçirdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, Si Cinpinin rəhbərliyi ilə Çin Xalq Respublikasının, o cümlədən Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər Azərbaycanı dost və tərəfdaş kimi sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlətimizin başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu dedi.

Qonaq COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu.

Söhbət zamanı vurğulandı ki, Azərbaycan Qlobal Cənubun tərkib hissəsidir və bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrin maraqlarını müdafiə edib. Həmçinin COP29 çərçivəsində də Azərbaycan Qlobal Cənub ölkələrinin maraqlarının təmsil olunmasına öz səylərini əsirgəməyəcək.

Vurğulandı ki, ölkəmiz COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlığa hazırdır və Azərbaycanın COP29 nümayəndə heyəti Çinə səfər edərək müzakirələr aparıb.

Görüşdə hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Çin nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələri qeyd edərək xalq diplomatiyası çərçivəsində Çinin aidiyyəti təşkilatları ilə əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğuladılar.

Prezident İlham Əliyev hakim partiyalar arasında əməkdaşlığa toxunaraq, Çin Xalq Respublikasının müxtəlif təşkilatları ilə Heydər Əliyev Fondu arasında xalq diplomatiyası əsasında həyata keçirilən mədəni-humanitar tədbirlərin əhəmiyyətini qeyd etdi.

Söhbət zamanı bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdikləri bildirildi, Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin, həmçinin bərpaolunan enerji vasitələrinin istehsalının təşkili və bu istiqamətdə Çin şirkətləri tərəfindən investisiyaların qoyulması məsələsi müzakirə olundu.

Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirildi. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

11:05

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Dünən, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Dünən, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Dünən, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünən, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Dünən, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Dünən, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Dünən, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Dünən, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Dünən, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Dünən, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Dünən, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Dünən, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Dünən, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Dünən, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Dünən, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Dünən, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Dünən, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Dünən, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Dünən, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Dünən, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Dünən, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Dünən, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Dünən, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Dünən, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Dünən, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Dünən, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Dünən, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Dünən, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Dünən, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR