Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən mitinqə Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin parlamentinin xarici əlaqələr komitələrinin sədrləri gəlib.
Bu barədə "AVESTA.AZ"un yerli bürosu xəbər verir.
Hazırda Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rot etiraz aksiyası iştirakçılarına müraciət edir.
Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Yeri gəlmişkən, Birləşmiş Ştatlar Gürcüstanı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna görə məsuliyyət daşıyanlara qarşı sanksiyalarla hədələyib. Bu barədə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Tbilisidə keçirdiyi brifinqdə deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.