
Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.