
"NATO uzunmüddətli perspektivdə Ukraynaya kömək edəcək".
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Biz Ukraynanı dəstəkləyəcəyik. Biz Kiyevin sovet silahları əvəzinə, standartlarımıza uyğun olan silahlarla təmin olunmasında köməklik göstərəcəyik", - o söyləyib.
Stoltenberqin sözlərinə görə, Ukrayna mübarizə aparmaqdan imtina edərsə, bu, onun mövcudluğu üçün təhlükə ilə nəticələnə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.