
Türkiyənin İstanbul şəhərində kafeyə silahlı basqın olub.
Bu barədə “AVESTA.AZ” “Haber Global”a istinadən xəbər verir.
Qeyd olunub ki, Üsküdar rayonunda qeydə alınan hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.