
Abşeron rayonunda 9 yaşlı uşaq yol qəzasında xəsarət alıb.
“AVESTA.AZ” un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü S.Məmmədli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.