5-06-2024, 22:35 749

Qordon Birrell: “ACE-nin istismara verilməsi təxminən iki il çəkəcək”

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇQ) yatağının işlənməsi çərçivəsində özünün ən müasir “Azeri Central East” (ACE) neft obyektinin istismara verilməsinin təxminən iki il çəkəcəyini gözləyir və gələcəkdə yeni neft obyektlərinin əlavə edilməsini nəzərdən keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell “S&P Global”a məlumat verib.

Bakı Enerji Forumu çərçivəsində çıxış edən Q.Birrell bu ilin aprel ayında başladılmış olan 6 milyard ABŞ dolları dəyərindəki ACE layihəsinin uğurunu vurğulayıb. ACE platforması gündəlik 100 000 barelə qədər neft hasil etmək iqtidarındadır (ACE-nin 48 quyusunun hamısı istismara verdildikdən sonra - red.) və “Azəri Light” brendi altında istehsal olunan Azərbaycan neftinin əsas hissəsini təmin edən Azərbaycanın flaqman “Azeri Çıraq Günəşli” kompeksinə 10 ildən sonra əlavə ediləcək ilk layihədir.

Gələcək layihələrin investisiya təsdiqini ala bilib-bilməyəcəyi ilə bağlı suala cavabında Birrell bunu istisna etməyib, lakin diqqətin ACE üzərində olduğunu qeyd edib. BP-nin məlumatına görə, ACE-də bir hasilat quyusu artıq fəaliyyətə başlayıb, bu il daha iki hasilat quyusunun istismara veriləcəyi gözlənilir. Nəticədə platformadan hasilat 2024-cü ilin sonuna kimi sutkada 24 min barelə çatdırılacaq və bu, AÇG-nin hasilatındakı son azalmaları kompensasiya etməyə kömək edəcək. Qeyd edək ki, 2024-cü ilin birinci rübündə AÇG-də ümumi hasilat orta hesabla sutkada 339 min barel təşkil edib və bu, bir il əvvəlkindən 12 % azdır.

“Biz ACE layihəsini yenicə işə salmışıq, bu, çox uğurlu, yüksək avtomatlaşdırılmış, yüksək rəqəmsal, sahildən idarə edilən layihədir, bu, uzun müddətdir haqqında danışdığımız gələcəyin platformasıdır. Ona görə də bu platformanı doldurma qazma hesabına genişləndirmək planlarımız var və bunu növbəti bir neçə il ərzində edəcəyik. Daha sonra isə yataqdan hasilatı maksimum səviyyəyə çatdırmağa diqqət edəcəyik – bu, planımızdır və ola bilsin, yeni quyular, bəlkə də yeni obyektlər tələb edəcək. Lakin biz hasilatı maksimuma çatdırmağa yönəlmişik və bu, bizim işimizdir”, - Q.Birrell deyib.

Yeni ACE platforması AÇG-də qazma işlərində diqqətin hasilatı maksimum dərəcədə artırmaq üçün qaz və suyun vurulması məqsədi ilə daha çox imkanlara malik Balaxanı kimi tanınan daha dayaz, daha az məhsuldar təbəqəyə doğru dəyişdiyini göstərir.

BP həmçinin 2023-cü ildə AÇG yataqlar blokunda dərin laylardan təbii qaz hasilatı imkanlarının sınaqdan keçirilməsinə yönəlmiş qazma işlərinin nəticələrini qiymətləndirir. Q.Birrell belə dərin layların işlənməsinin hasilatın pay bölgüsü üzrə yeni sazişə səbəb olub-olmayacağı və ya onun 2017-ci ildə yenilənmiş mövcud PSA-ya daxil edilib-edilməməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

“Azeri Light” yüngül, şirin, yüksək orta distillə tərkibli, təyyarə yanacağı və dizel yanacağının istehsalı üçün qiymətli xam neftdir. O, bir qayda olaraq, daha ağır Yaxın Şərq xam neftləri ilə qarşı yaxşı rəqabət aparır və Şimal dənizinin “Brent” markalı nefti ilə müqayisədə mükafatla ticarət edilir.

Daha əvvəl xəbər verildiyi kimi, hazırda AÇG-nin dərin laylarının qaz ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır.

BP şirkəti 2024-cü ilin ikinci yarısında dərin laylarında qaz hasilatı üçün ilk hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır.

“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatırdı. Amma 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, pay bölgüsü bu formadadır: Britaniyanın BP şirkəti (layihə operatoru) - 30,37 %, SOCAR – 25 %, Macarıstanın MOL şirkəti - 9,57 %, Yaponiyanın “Inpex Corp” şirkəti - 9,31 %, Norveçin “Equinor” şirkəti - 7,27 %, ABŞ-nin “ExxonMobil” şirkəti - 6,79 %, Türkiyənin TPAO şirkəti - 5,73 %, Yaponiyanın “ITOCHU Oil” şirkəti - 3,65 %, Hindistanın “ONGC Videsh” şirkəti - 2,31 %.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR