8-06-2024, 13:44 491

Azərbaycana narkotik vasitələrin ixracında Əfqanıstan və İran üstünlük təşkil edir

Bəşəri bəla hesab edilən narkotiklər insanların faciəvi taleyinə və cinayətkarlığın durmadan artmasına səbəb olan, xalqların və millətlərin genofondunun məhvinə gətirib çıxara biləcək əsas amillərdən biridir. Beynəlxalq birliyin bu qlobal problemlə mübarizədə səyləri birləşdirməsinə, sözügedən sahədə davamlı olaraq maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, narkotik vasitələrin dünyada sürətlə yayılması müşahidə olunmaqdadır.

Qeyd olunan mənfi hallara dövlətlərin nəzarət mexanizminin qənaətbəxş səviyyədə olmaması, dünyanın bir çox yerlərində nəzarətdən kənar ərazilərin mövcudluğu, ölkələrarası geniş nəqliyyat və tranzit imkanlarının olması kimi məqamlar da təkan verməkdədir.

Bu gün beynəlxalq aləmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı aparılan mübarizəyə respublikamız da önəmli töhfəsini verir, yaradılmış beynəlxalq əməkdaşlıq platformasında vacib rol oynayır. Əminliklə demək olar ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində qəbul olunmuş beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda bu sahə üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün əsaslı milli qanunvericilik bazası formalaşdırılmışdır.

Məlumdur ki, müstəqilliyin ilk dövrlərindən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə göstərilən sahə üzrə hüquqi müstəvidə mühüm addımlar atılmış, Ulu Öndərin əvəzsiz səyləri sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1999-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha effektiv aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda Dövlət proqramları qəbul edilmişdir. Hazırda Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olumuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda Dövlət Təhlükəsizliyi Xidmətinin də qarşısına digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində vacib vəzifələr qoyulmuş və onlar hazırda uğurla icra olunmaqdadır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, habelə bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində də öz təmsilçiliyini uğurla davam etdirərək bu yönümdə görülən işlərə öz töhfəsini verməkdədir.

Coğrafi baxımdan əlverişli məkanda, mühüm nəqliyyat qovşaqlarının və tranzit marşrut xətlərinin mərkəzində yerləşən Azərbaycanın daim məruz qaldığı narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi hallarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti respublikanın və tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə birgə səmərəli mübarizə aparır, narkotik vasitələrin Azərbaycan ərazisinə qeyri-qanuni keçirilməsi və ölkəmiz vasitəsilə digər dövlətlərə daşınması cinayətlərinin və bu qəbildən olan digər qanunazidd əməllərin qarşısının alınmasında fəal rol oynayır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata keçirmələri müəyyən edilmişdir:

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan Respublikasının vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər. Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər. Bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan Respublikasının vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər. Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Azərbaycan ərazisinə əsasən metamfetamin, metadon, heroin, kokain, qurudulmuş marixuana, həşiş, tiryək kimi ənənəvi narkotik vasitələr və psixotrop maddələr ixrac olunur və onların istehsal olunduğu ölkələr sırasında Əfqanıstan, İran üstünlük təşkil edir. Türkiyə və bir sıra Avropa ölkələrindən isə ekstazi, LSD və digər bu tip yeni nəsil psixotrop maddələr ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrinin daşınması ilə məşğul olan iri cinayətkar dəstələr zərərsizləşdirildiyindən, hazırkı dövrdə ölkə ərazisində bu kriminal fəaliyyətlə məşğul olan dəstələr əsasən orta və xırda qruplardan ibarətdir və pərakəndə halda fəaliyyət göstərirlər.

Mövcud statistik məlumatlara əsasən, qeyd edilən kateqoriyaya aid olan şəxslərin əksəriyyəti nəinki narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddələri ilə tövsif olunan ağır cinayətlər törədirlər.

Onu da qeyd etmək lazımdır ki, rəqib və düşmən dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif nöqtələrini” bildikləri üçün onları Azərbaycan Respublikasının Konstitusiya quruluşuna və suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə biləcəkləri istisna edilmir.

Bu səbəbdən bəşəri bəlaya çevrilən narkotik vasitələrə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin vəzifə borcu kimi qiymətləndirilməli və bu mübarizə davamlı və sistematik şəkildə aparılmalıdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Paylaş

Xəbər lenti

Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48 AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Dünən, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Dünən, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Dünən, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Dünən, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Dünən, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Dünən, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Dünən, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR