
Tərtər rayonunda 32 yaşlı Əliyev Abil Mətləb oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “AVESTA.AZ”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.