
Beyləqan rayonunda ağır yol qəzası baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ" markalı minik avtomobili "Mercedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.