12-09-2022, 20:00 927

Maliyyə Nazirliyində AİB-in vitse-prezidenti ilə görüş keçirilib

Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2023-cü ildə hazırlanacaq və 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, yeni tərəfdaşlıq strategiyasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun hazırlanmasının vacibliyi qeyd olunub.

Görüş zamanı birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, xüsusilə, AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər, habelə işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulması barədə məlumat verib, ölkə iqtisadiyyatın şaxələndirilməsində, həyata keçirilən mühüm layihələrdə AİB-in kreditləşdirmə proqramlarının və texniki yardımlarının əhəmiyyətli rolunu qeyd edib.

Nazir, öz növbəsində, ölkəmizdə dövlət sektorunun səmərəliliyinin artırılması, özəl sektorun inkişafının gücləndirilməsi, nəqliyyat və irriqasiya infrastrukturuna sərmayə yatırmaqla qeyri-karbohidrogen sektorlarının şaxələndirilməsi və şaxələndirilmiş iqtisadiyyatın tələblərini ödəmək üçün insan kapitalının gücləndirilməsi istiqamətində AİB-in etibarlı tərəfdaş olduğunu vurğulayaraq AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində vitse-prezident Ş.Çenin Naxçıvan Muxtar Respublikasına, onu səfərdə müşayiət edən bankın baş direktoru Yevgeni Jukovun isə işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri də nəzərdə tutulub.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir

Paylaş

Xəbər lenti

Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR