2-01-2022, 12:55 1465

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Avesta.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 47 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Paylaş

Xəbər lenti

Murat Boz: "Pul qazanmaq asan deyil!" Bu gün, 13:48 Türkiyədə seldən ölənlərin sayı 9-a çatdı Bu gün, 13:48 Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Bu gün, 13:48 Qəza siqnalı verən Rusiya təyyarəsi təcili eniş etdi Bu gün, 13:48 Bu kənddə yeni elektrik şəbəkəsi qurulacaq - 3,5 milyonluq LAYİHƏ Bu gün, 13:48 Novruz bayramı günü bibisinin oğlunu öldürdü Bu gün, 13:48 Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib Bu gün, 13:48 Gülben Ergen bu tarixdə BAKIYA GƏLİR Bu gün, 13:48 Torpaq və mənzillər BAHALAŞIR: İlin sonuna qədər qiymətlər nə qədər QALXACAQ? Bu gün, 13:48 Nadir rast gəlinən xərçəng növləri açıqlanıb Bu gün, 13:48 Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb Bu gün, 13:48 Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu Bu gün, 12:48 Qasım Bayramova Naxçıvanda vəzifə verildi Bu gün, 12:48 Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu Bu gün, 12:48 Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib? Bu gün, 12:48 Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı Bu gün, 12:48 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Bu gün, 12:48 Sabah rayonlara yağış yağacaq - Proqnoz Bu gün, 12:48 Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48 Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış Bu gün, 11:48 Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ? Bu gün, 11:48 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 11:48 Anar Bayramov səhiyyə naziri təyin edilib Bu gün, 11:48 Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib Bu gün, 11:48 Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE Bu gün, 11:48 Baş nazirin müavini təyin edilən Teymur Musayevin DOSYESİ Bu gün, 11:48 ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub Bu gün, 11:48 Küləkli hava ilə bağlı sürücülərə VACİB MÜRACİƏT Bu gün, 10:51 Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə Bu gün, 10:50 Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi Bu gün, 10:50 Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu Bu gün, 10:49 Fransalı nazir istefa ərizəsini yazdı Bu gün, 10:49 Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb Bu gün, 10:49 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib Bu gün, 10:48 Fransada etirazlardan sonra bəzi aksiyaların qadağan edilməsi gündəmə gəlib Bu gün, 10:48 "Neftçi" Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu "Qarabağ"a vurub Bu gün, 10:48 Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi Bu gün, 10:48 Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət Bu gün, 09:48 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? Bu gün, 09:48 Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək Bu gün, 09:48 FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb Bu gün, 09:48 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub Bu gün, 09:48 Gəncədə bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti açıqlandı Bu gün, 09:48 Bakının bu rayonunda iki gün SU OLMAYACAQ Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR