14-09-2022, 00:00 609

Ermənistanın sərhəddəki bütün hərbi təyinatlı obyektləri darmadağın edilib

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı növbəti dəfə bu ölkənin gözlənilən hərbi uğursuzluğu ilə nəticələnib.

“AVESTA.AZ” xəbər verir ki, Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Çünki bu obyektlər Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Sərhəddəki son hadisələr də bunu bir daha sübut etdi. Lakin eyni zamanda bu obyektləri bərpa etmək üçün Ermənistana bir neçə il vaxt lazımdır.

Azərbaycan təhlükəsizlik tədbirləri çərçivəsində həmin ərazidəki bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Beləliklə Ermənistan daha nə indi, nə də gələcəkdə Azərbaycana hər hansı təhlükə törədə biləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ermənistanın son vaxtlar dəfələrlə törətdiyi təxribatlara cavab olaraq özünün təhlükəsizliyini təmin edib. Bu isə həm olduqca zəruridir, eyni zamanda beynəlxalq hüquq normalarına uyğundur.

Qeyd etdiyimiz kimi son təxribatlar Ermənistana baha başa gəldi, eyni zamanda İrəvanın təcavüzkar planları iflasa uğradı. Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda yüzlərlə hərbçisi yaralanıb. Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır.

Bütün bunlar Azərbaycan Ordusunun qüdrətini ortaya qoydu və Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha sübuta yetirdi. Müşahidələr göstərirdi ki, son zamanlar Ermənistan cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz cəmi 7 saat davam edən unikal əməliyyat bütün bu planları alt-üst etdi. Rəsmi İrəvan başa düşdü ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu, ona baha başa gəlib və gələcəkdə də belə olacaq.

Paylaş

Xəbər lenti

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı Bu gün, 12:49 SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 12:49 Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq Bu gün, 12:49 Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 12:48 İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi Bu gün, 12:48 Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır Bu gün, 12:48 Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir Bu gün, 12:48 Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib Bu gün, 12:48 İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub Bu gün, 12:48 8 Noyabr-da yolu bağlayan yük maşını ərazidən aparıldı Bu gün, 12:48 İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Bu gün, 11:48 İtaliya hərbçiləri Azərbaycana səfər edib Bu gün, 11:48 Navainin Kişineudakı konserti təxirə salınıb Bu gün, 11:48 Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib Bu gün, 11:48 Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..." Bu gün, 11:48 Gəncin kanalizasiyaya düşərək ölümü ilə bağlı təqsirləndirilən sahə rəisinin 5 il müddətə azadlıqdan məhrum edilməsi istənilib Bu gün, 11:48 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar? Bu gün, 11:48 Çempionlar Liqasında yeni rekord: Bir turda 78 qol vuruldu Bu gün, 11:48 Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Bu gün, 11:48 Nəvai Qazaxıstanda iki aylıq həbs edilib Bu gün, 11:48 AQEM-in VII Zirvə görüşündə nələr müzakirə ediləcək? Bu gün, 11:48 Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu Bu gün, 10:48 Neftimiz 4 dollara yaxın ucuzlaşıb Bu gün, 10:48 Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu Bu gün, 10:48 Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır? Bu gün, 10:48 Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür Bu gün, 10:48 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər Bu gün, 10:48 Dünya bazarında qızıl və gümüş bahalaşdı Bu gün, 10:48 İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü Bu gün, 10:48 Türkiyədə 48 vilayətdə "sarı" və "narıncı" XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür Bu gün, 09:48 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Bu gün, 09:48 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 09:48 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş Bu gün, 09:48 İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab Bu gün, 09:48 Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir? Bu gün, 09:48 Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb Bu gün, 08:48 PSJ səfərdə "Mançester Siti"yə qalib gəldi Bu gün, 08:48 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü Bu gün, 08:48 Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var Bu gün, 08:48 Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR