13-07-2024, 09:39 605

Paşinyanın seçki qorxusu - ŞƏRH

Ermənistan siyasətində son dövrlər yaşanan təlatüm yeni fazaya qədəm qoyub. “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın müxalifət nümayəndələri ilə görüşləri, regionlara səfər edərək kəndbəkənd gəzib özünə tərəfdar toplaması və sentyabrdan aksiyalara yenidən davam edəcəyini bəyan etməsi fonunda hakimiyyət nümayəndələri tez-tez qapalı iclas keçirir, 2026-cı il seçkiləri ilə bağlı planlar qururlar.

Maraqlıdır ki, daxili və xarici siyasətdə yaşanan fiaskolar artıq bütün sahələrə sıçrayıb və Qərbin erməni dövlətinə dəstəyi getdikcə azalmaq tendensiyasına qədəm qoyub. Məsələn, son bir ildə, xüsusən də yanvar ayından Ermənistana göndərilən Qərb qrantlarında ciddi azalma müşahidə edilib. Paşinyan və komandası Qərbə “sevgi etirafları”na davam etsələr də, Avropa açıq şəkildə göstərir ki, onun Ermənistanda müxtəlif proqramlarla bağlı xüsusi və böyük marağı yoxdur. Bunun səbəbi isə əvvəlki proqramlarda hökumətin böyük ölçüdə iflasa uğramasıdır.

Qərb Paşinyan və hakim komanda vasitəsilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdan başqa niyyətinin olmadığını da gizlətmir. Üstəlik, illərlə qrantlarından qidalanan strukturların effektivliyindən kifayət qədər ciddi narazılıq da var. Hakimiyyət bu il iki dəfə qrant verən iki təşkilatın Ermənistan “nümayəndəliyinə” müxtəlif layihələr həyata keçirmək üçün bir neçə QHT-yə vəsait ayrılması üçün müraciət etsə də, pul verilməyib. Düzdür, rədd cavabı birbaşa olmasa da, bildirilib ki, hazırda belə məsələlərə pul ayırması məqsədəuyğun hesab edilmir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, son günlər aparılan sorğunun nəticələri də hakim partiyanın reytinqinin kifayət qədər aşağı olması, hakimiyyətə ictimai dəstəyin çox aşağı düşməsi reallığını da ortaya qoyub. Məsələn, "Gallop" direktoru Aram Navasardyan bildirib ki, sorğu nəticələrinə əsasən, respondentlərin cəmi 14.4 faizi hakim partiyaya səs vermək niyyətindədir. Qalstanyan isə cəmi 1.5 faiz səs toplayıb. Respondentlərin 32.5 faizi isə seçkilərdə iştirak etməyəcəklərini vurğulayıblar. Bununla yanaşı, sorğuda iştirak edənlərin 54.8 faizi baş nazirin fəaliyyətindən narazılıq ediblər. May ayında keçirilən sorğu nəticələri ilə müqayisədə “Vətəndaş müqaviləsi”nin reytinqinin getdikcə zəiflədiyi ortaya çıxır.

Sorğu nəticələri erməni siyasətindəki acı reallığı ortaya qoysa da, hakim partiya belə bir fikir yaratmağa çalışır ki, onlar ictimai dəstəyin azalmasından qətiyyən narahat deyillər. Son aylar partiyanın tez-tez qapalı iclas keçirdiyini də nəzərə alsaq, 2026-cı ildə seçki saxtakarlığı ilə qalib gələcəklərinə görə belə fikir aşıladıqları aydın olur. Məsələn, parlamentin spikeri Alen Simonyan dəfələrlə bildirib ki, 10 aydan bir seçkiyə getməyə hazırdırlar. Alen Simonyan və hakim komandanın digər üzvlərinin açıqlamalarının əksinə olaraq, reallıq hakimiyyət üçün kifayət qədər acınacaqlıdır.

Hakimiyyətin ictimai dəstəyin olmamasından ciddi narahat olduğunu anlamaq üçün sosioloji araşdırma aparmağa belə ehtiyac yoxdur, sadəcə olaraq, hakim elita nümayəndələrinin çıxışlarını diqqətlə dinləmək kifayətdir. Yuxarıda qeyd edilən məsələ isə baş naziri ciddi təşvişə salıb. Çünki siyasi kulislərdə gəzən söhbətə əsasən, Nikol Paşinyan Konstitusiya İslahatları Komissiyasına seçkilər zamanı parlamentdə sabit çoxluğun yaradılması ilə bağlı Konstitusiya tələbindən imtina etmək təklifini təqdim edib. Seçki Məcəlləsinə əsasən, parlament qüvvələrindən biri 54 faiz səs topladıqda və ya seçkilərin nəticələrinin açıqlanmasından sonra 7 gün ərzində parlamentə daxil olan üç qüvvə koalisiya quraraq, 54 faiz səs çoxluğunu əldə etdiyi zaman sabit çoxluq yaranır. Bu isə o deməkdir ki, sabit çoxluq təmin edilməsə, seçkilərin ikinci turu təşkil edilməlidir. İkinci turda isə ən çox səs toplayan iki siyasi qüvvə iştirak etməlidir.

Bu səbəbdən də Paşinyanın yeni təklifi hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Keçmiş jurnalist gözəl anlayır ki, çoxluğun dəstəyini əldə edə bilməcəyəklər. "Cib müxalifəti" vasitəsilə də koalisiya qurmaq, hakimiyyətə yenidən yiyələnmək mümkün olmayacaq. Çünki dəfələrlə keçirilən sorğu nəticələri sübut edir ki, Paşinyanın yaratdığı "cib müxalifəti"nin mandat əldə etmə şansı sıfıra bərabərdir. Eyni zamanda, erməni müxalifətinin əlində olan media resursları bu partiyalar və onların liderləri barədə zaman-zaman ifşaedici məlumatlar tirajlayırlar.

Seçki ilində isə belə təxribatların kifayət qədər çox olacağını indidən ehtimal etmək olar. Bu səbəbdən də baş nazir hakimiyyəti yenidən ələ keçirməyə mane olan konstitusiya müddəasını indidən ləğv etməyi planlaşdırır. 2018 və 2021-ci illərdə Paşinyan bu mövzuda bir kəlmə də deməyib, çünki onun proqnozları və monitorinqləri sübut edirdi ki, lazımi baryeri keçə biləcək. İndi isə bilir ki, onun üçün bu maneə keçilməzdir.

Bu faktlar sübut edir ki, 2026-cı il seçkiləri dövlət başçısı üçün kabusdur. İrəvan meriyasına keçirilən seçkilər göstərdi ki, hakim partiya bütün dövlət, kriminal və biznes resurslarından istifadə etməklə 30 faiz səsi çox çətinliklə topladı. Seçicilərin böyük əksəriyyəti “Vətəndaş müqaviləsi”nə müxalifətdə olan qüvvələrə səs verdi. Sonradan isə bu qüvvələrin saxta müxalifət olduğu faktı da ortaya çıxdı. Bununla belə, İrəvan sakinlərinin 70 faizinin (söhbət seçkidə iştirak edənlərdən gedir) hakim partiya əleyhinə olması faktı ortadadır və bunu həll etmək artıq mümkünsüz görünür.

Yaranan mənzərə onu göstərir ki, hakimiyyət bütün dövlət, kriminal və biznes resursları ilə yanaşı, total saxtalaşdırma variantına da əl atacaq. Amma burada bir məqamı qeyd etmək lazımdır ki, əgər Paşinyan daha sərt anti-Rusiya addımları atmağı öhdəsinə götürsə, xarici qüvvələr, xüsusən də Qərb bu saxtakarlığa göz yumacaq.

Eyni zamanda, müxalifətin də zəif olması, ciddi yol xəritəsi və proqramının olmaması da hakim partiyanı ürəkləndirir. Bundan başqa, bir neçə ildir aparılan təbliğat nəticəsində müxalif qüvvələrin rusiyayönümlü olması faktını ortaya çıxarıb və Kremldən başqa heç bir xarici qüvvənin dəstəyini ala bilmir. Qısacası, erməni müxalifəti bu gün Qərbdə heç kimə lazım deyil. Çünki onların heç bir ideyası, fikri, proqramı, planı xarici qüvvələrin maraq dairəsinə düşmür.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR